Xəbər lenti


 Azərbaycan Milli Məclisinin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin 2019-cu ilin yaz sessiyasında ilk iclası keçirilib.

 

Bizimaz.az bildirir ki, “Report”un xəbərinə görə, iclasda 1990-cı ilin qanlı 20 Yanvar hadisələrində həlak olan şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Komitənin gündəliyinə daxil edilən “Azərbaycan Respublikasının “Sərhəddə fərqlənməyə görə” medalının Əsasnaməsinin və təsvirinin təsdiq edilməsi haqqında”, “Silahlı Qüvvələrin Qarnizon və qarovul xidmətləri nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Hərbi xidmətkeçmə haqqında” Əsasnaməsinin təsdiq edilməsi barədə”, “Dövlət əmlakının özəlləşdirilməsi haqqında”, “Azərbaycan Respublikasının dövlət dili haqqında” qanunlarda, Seçki Məcəlləsində və “1994-cü il 23 sentyabr tarixli 886 nömrəli qanunla təsdiq edilmiş “Silahlı Qüvvələrin qarnizon və qarovul xidmətləri nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında qanun layihələri müzakirə olunub.

Bu sənədlərdə edilən dəyişiklikləri şərh edən komitə sədri, parlament sədrinin birinci müavini Ziyafət Əsgərovbildirib ki, qanun layihələri qanunvericiliyə uyğunlaşdırma xarakteri daşıyır. Belə ki, 2016-cı il sentyabrın 26-da ölkədə keçirilmiş referendumla Azərbaycan Konstitusiyasına xeyli sayda əlavə və dəyişikliklər edilib. Həmin dəyişikliklərdən biri də Konstitusiyanın 9-cu maddəsinə edilən dəyişikliyə müvafiq olaraq “Sərhəd mühafizə orqanları haqqında” qanuna edilən dəyişikliklərdir. Bu qanunlarda edilən dəyişikliklərin mahiyyəti həmin qanuna uyğunlaşdırmaya xidmət edir.

Z.Əsgərov “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna edilən dəyişikliklərlə bağlı deyib ki, sənədə edilən dəyişikliklər ilkin hərbi qeydiyyata alınan 16 yaşından yuxarı vətəndaşlardan tələb olunan sənədlərin onlayn qaydada qəbul edilməsi qaydalarını tənzimləyəcək.

Dəyişiklik layihələri Milli Məclisin plenar iclasına tövsiyə edilib.

01 May 2025 “3 milyondan çox vətəndaşın banklara kredit borcu var”
21 Aprel 2025 Mayın 1-dən “e-bülleten” sisteminə keçirilir
07 Aprel 2025 Uşaqların sayına görə pensiya yaşının azaldılması TƏKLİF EDİLDİ
01 Aprel 2025 Prezidentdən İsmayıllının İvanovka kəndi ilə bağlı SƏRƏNCAM
20 Fevral 2025 Ümumi orta təhsil bazasında kolleclərə tələbə qəbulu elan edildi
07 Fevral 2025 Samir Rəhimov: "Əfv Komissiyası iclası gələn həftə olacaq"
06 Yanvar 2025 “Ajiotaj yaratmaq lazım deyil” - Tokayev
27 Dekabr 2024 Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadıldı
15 Noyabr 2024 Prezident SƏRƏNCAM İMZALADI
14 Noyabr 2024 Heydər Əliyev Fondunun nəşri təqdim olundu
17 Aprel 2024 Şirvan suvarma kanalının təməli qoyulub
01 Dekabr 2023 Mediasiya - mübahisələrin, anlaşılmazlıqların məhkəməyə qədərki həll yolu
24 Noyabr 2023 8 rayonun inzibati ərazi bölgüsündə qismən dəyişiklik ediləcək
23 Noyabr 2023 Ağacəkmə aksiyası və balıq buraxılışı tədbiri keçirilib - Fotolar
23 Noyabr 2023 Ayın 25-dək şəxsi avtomobildən istifadə etməyin - Bakı sakinlərinə xəbərdarlıq
23 Noyabr 2023 Yeni Yaşma kəndinin həll ediləcək köhnə problemləri -Foto
28 Oktyabr 2023 Xocalı məktəbinin direktoru ilə bağlı cinayət işi başlandı
20 Oktyabr 2023 Şuşaya köç tarixi açıqlandı
17 Oktyabr 2023 Azərbaycanda qızılca və məxmərək infeksiyalarına yoluxma halı qeydə alınıb?
02 Sentyabr 2023 Bakıda yol qəzası - Sıxlıq yaranıb
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov