Bu ərazilərdə elektrik enerjisinin verilişi dayandırılacaq.
“Azərişıq” ASC-dən verilən məlumata görə, Bağlar Enerji Təchizatı və Satış İdarəsinin (ETSİ) xidmət ərazisində yerləşən 110/35/6 kV-luq 136 saylı y/st-ya gələn 110 kV-luq elektrik verilişi xəttində yenidənqurma işləri ilə əlaqədar olaraq 14-15 yanvar 2019-cu il tarixlərində Qurd Dərəsi, Sarıqaya, Fatmayı, Novxanı, Görədil bağlarının bəzi ərazilərindəelektrik enerjisinin verilməsində qısamüddətli fasilələr yaranacaq.
Yaranmış narahatçılığa görə “Azərişıq” ASC istehlakçılardan üzr istəyir.