Bu yol Məhəmmədi kəndindən keçən,bir necə böyük kəndləri bir birinə birləşdirən və mərkəzi yola aparan əsas yollardan biridi. Bir necə illərdi ki, bu acınacaqlı vəziyyət davam edir. Dəfələrlə müraciət edilməsinə baxmayaraq yol ilə maraqlanan yoxdur.Xüsusilə qış aylarında yağıntı olan kimi günlərlə insanlar əziyyət çəkir.
Bu yolun birbaşa məsuliyyəti Azərsu ASC və və Azəryol ASC-n üstünə düşür .Xahiş edirik qəza şəraiti yaradan yolunuza sahib durun.
Bildiyimiz kimi, iyulun 23-də Prezident İlham Əliyevin rəhbərliyi ilə su təsərrüfatının vəziyyətinə həsr olunmuş videoformatda müşavirə keçirilib. Dövlət başçısı müşavirədə çıxışı zamanı bildirib ki, infrastruktur layihələri arasında içməli su və meliorasiya layihələri öz yerini tapıb. Hər birimizi məsuliyyətlərimizi ciddiyə almağa və hər damcının qiymətli olduğunu bilib, sudan daha da diqqətlə istifadə etməyə təşviq etməlidir. Amma bizim küçədə tonlarla su neçə ildi ki küçəyə axır. Bu günkü gündə ən ucqar kəndlərdə belə yolların bərpa olunduğu , dövlətin büdcəsindən milyonlarla vəsaitin yolların düzəldilməsinə sərf olunduğu vaxtlarda bizim küçədə tonlarla asfalt örtüyü məhf olub gedir .
Sizdən xahiş edirəm sözümün cavabdeh qurumlara çatmasında mənə yardımcı olun.