Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) hava şəraiti ilə əlaqədar olaraq ölkənin avtomobil yollarının vəziyyəti haqqında məlumat yayıb.
Bizimaz.az bildirir ki, AAYDA-dan BAKU.WS-ə verilən məlumata görə, Zəfər yolunda yağıntı yoxdur, 9-13 dərəcə şaxta var. Yolda buzlaşmaya qarşı müvafiq tədbirlər görülüb və nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.
Toğanalı-Kəlbəcər-İstisu: yağıntı yoxdur, Toğanalı kəndi ərazisində 13-15 dərəcə, Murovdağ yüksəkliyində 19-22 dərəcə şaxta var. Şinləri zəncirlənmiş nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi: yağıntı yoxdur, Xınalıq ərazisində 8 dərəcə şaxta var. Yollarda nəqliyyat vasitələrinin normal və təhlükəsiz hərəkətinin təmin olunması məqsədilə müvafiq tədbirlər görülüb.
Giləzi-Xızı: hazırda yağıntı yoxdur, 4-5 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
Bakı-Qobustan: yağıntı yoxdur, Qobustan rayonu ərazisində 3-4 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
Qobustan-Şamaxı-Muğanlı: yağıntı yoxdur, Şamaxı rayonu ərazisində 2-3 dərəcə şaxta var, yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
Muğanlı-Ağsu-Yevlax: yağıntı yoxdur, Muğanlı ərazisində 3-4 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
Muğanlı-İsmayıllı: yağıntı yoxdur, 4-5 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.
İsmayıllı-Qəbələ-Oğuz-Şəki: yağıntı yoxdur, İsmayıllı və Qəbələ rayonları ərazisində 4-5 dərəcə, Oğuz və Şəki rayonları ərazisində 2-3 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
Şəki-Qax-Zaqatala: yağıntı yoxdur, Qax rayonu ərazisində 4-5 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.
Yevlax-Şəki (Göybulaq): yağıntı yoxdur, yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.
Şəmkir-Gədəbəy: Gədəbəy rayonu ərazisində qar yağır, 8-10 dərəcə şaxta var. Şəmkir rayonu ərazisində yağıntı yoxdur, 7-8 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.
Gəncə-Daşkəsən-Xoşbulaq: yağıntı yoxdur, Daşkəsən rayonu ərazisində 10 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.
Ələt-Astara: marşrut boyu yağıntı yoxdur, yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
Masallı-Yardımlı: yağıntı yoxdur, Yardımlı rayonu ərazisində 3-4 dərəcə şaxta var. Yolda hərəkət təmin olunub.
Lənkəran-Lerik: yağıntı yoxdur, Lerik rayonu ərazisində 5-6 dərəcə şaxta, güclü külək var. Yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.
Bakı-Ələt-Hacıqabul-Ucar-Yevlax-Gəncə-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi: yağıntı yoxdur, yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.
Hacıqabul-Bəhramtəpə-Horadiz: yağıntı yoxdur, yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.