“Azad edilmiş torpaqlarda hazırda Heydər Əliyev Fondunun təşəbbüsü ilə dini abidələrimizin əsaslı təmiri, bərpa edilməsi və inşası prosesinə start verilib”.
Bizimaz.az BAKU.WS-ə istinadən xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 18-də xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin Bakıda ucaldılan abidəsinin açılışında bildirib.
“Şuşa şəhərində Yuxarı Gövhər Ağa, Aşağı Gövhər Ağa, Saatlı məscidləri Heydər Əliyev Fondu tərəfindən əsaslı bərpa edilib. Ağdam şəhərinin məscidi Heydər Əliyev Fondu tərəfindən əsaslı bərpa edilir. Zəngilan şəhərinin məscidi də həmçinin.
Eyni zamanda, Daşaltıda, Hadrutda və Şuşa şəhərində yeni məscidlərin tikintisi də məhz Heydər Əliyev Fondunun təşəbbüsü ilə həyata keçirilir. Təkcə sadaladığım dini abidələrimizin sayı 8-ə bərabərdir. Əminəm ki, digər layihələrdə də fəal iştirak edəcək”, - dövlət başçısı vurğulayıb.