Xəbər lenti

2020-ci ildə pandemiya şəraiti bir çox iqtisadi və əsas istehsal sahələrini məcburi məhdudiyyətlərlə üzləşdirdi. Ötən il pandemiyadan çıxandan sonra tələbatın artmasına baxmayaraq, məhdudiyyətlə üzləşən iqtisadi fəaliyyət sahələri əvvəlki vəziyyətinə qısa müddətdə qayıda bilmədi. Bu səbəbdən bütün dünyada bahalaşma başladı. Bunlar Azərbaycana təsir etməyə bilməzdi. Unutmayın ki, ərzaq məhsulları sarıdan biz bir çox istiqamətlərdə idxaldan asılıyıq.

 

Bizimaz.az bildirir ki, bu sözləri Axar.az-a iqtisadçı Pərviz Heydərov Dövlət Statistika Komitəsinin ərzaq bahalaşması ilə bağlı açıqladığı yeni statistika barədə danışarkən deyib.

”Rəsmi göstəricilər ümumi xarakter daşıdığından biz həmin məhsullar üzrə bahalaşmanın dəqiq səviyyəsini müəyyən edə bilmirik. Keçən il ərzində çörək, un və digər un məhsulları üzrə dövlət tərəfindən müəyyən güzəştlər tətbiq edilməsəydi, xüsusən ərzaqlıq buğdanın ölkəyə idxalı üzrə məhdudiyyətlər aradan götürülməsəydi, bu sahədə bahalaşma daha çox olardı. Ötən ildən məlum idi ki, çörək və digər un məhsulları üzrə bahalaşmadan qaçmaq mümkün olmayacaq. Bahalaşma tendensiyası hələ ki, davam edir. Ən yaxşı halda bu ilin 1-ci rübünün sonuna qədər bahalaşmanı müşahidə edəcəyik”, - iqtisadçı bildirib.

O qeyd edib ki, 2021-ci il ərzində ölkədə bütövlükdə bütün istehlak qiymətləri bahalaşıb. Artıq məlumdur ki, keçən il ərzində istehlak qiymətlərinin indeksi təxminən 7%-ə qədər artıb:

“Ən çox bahalaşan isə ərzaq məhsullarında oldu. Statistika göstərir ki, dekabr ayı ərzində noyabra nisbətən ərzaq məhsulları 1%-dən çox bahalaşıb. 2020-ci ilin dekabr ayı ilə müqayisədə isə bu rəqəm 12% təşkil edib. Rəsmi statistika özü də keçən il ərzində ilin sonuna qədər ərzaq məhsullarının indeksini, yəni qiymətlərinin bahalaşdığını qeydə alıb. Statistika Komitəsi keçən ilin yekunlarını açıqlamayıb. Yanvar-noyabr aylarının göstəriciləri məlumdur. Dekabr ayının isə bütün göstəriciləri açıqlanmayıb. Bu səbəbdən keçən ilin ümumi yekunundan danışmaq hələ çətindir”.

Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2021-ci ilin dekabr ayında Azərbaycanda istehlak qiymətləri indeksi (yəni bahalaşma) əvvəlki aya nisbətən 101,6%, 2020-ci ilin dekabr ayı ilə müqayisədə isə 112% təşkil edib.

 
07 Aprel 2025 Uşaqların sayına görə pensiya yaşının azaldılması TƏKLİF EDİLDİ
01 Aprel 2025 Prezidentdən İsmayıllının İvanovka kəndi ilə bağlı SƏRƏNCAM
20 Fevral 2025 Ümumi orta təhsil bazasında kolleclərə tələbə qəbulu elan edildi
07 Fevral 2025 Samir Rəhimov: "Əfv Komissiyası iclası gələn həftə olacaq"
06 Yanvar 2025 “Ajiotaj yaratmaq lazım deyil” - Tokayev
27 Dekabr 2024 Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadıldı
15 Noyabr 2024 Prezident SƏRƏNCAM İMZALADI
14 Noyabr 2024 Heydər Əliyev Fondunun nəşri təqdim olundu
17 Aprel 2024 Şirvan suvarma kanalının təməli qoyulub
01 Dekabr 2023 Mediasiya - mübahisələrin, anlaşılmazlıqların məhkəməyə qədərki həll yolu
24 Noyabr 2023 8 rayonun inzibati ərazi bölgüsündə qismən dəyişiklik ediləcək
23 Noyabr 2023 Ağacəkmə aksiyası və balıq buraxılışı tədbiri keçirilib - Fotolar
23 Noyabr 2023 Ayın 25-dək şəxsi avtomobildən istifadə etməyin - Bakı sakinlərinə xəbərdarlıq
23 Noyabr 2023 Yeni Yaşma kəndinin həll ediləcək köhnə problemləri -Foto
28 Oktyabr 2023 Xocalı məktəbinin direktoru ilə bağlı cinayət işi başlandı
20 Oktyabr 2023 Şuşaya köç tarixi açıqlandı
17 Oktyabr 2023 Azərbaycanda qızılca və məxmərək infeksiyalarına yoluxma halı qeydə alınıb?
02 Sentyabr 2023 Bakıda yol qəzası - Sıxlıq yaranıb
29 Avqust 2023 Nazirliyin keçmiş idarə rəisi həbs edilib
30 İyul 2023 Fövqəladə Hallar Nazirliyi metroda təlim keçirdi - Video
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov