Gömrük əməkdaşları ölkə ərazisinə qanunsuz yolla gətirilən külli miqdarda siqaretin realizə edilməsinin qarşısını alıblar.
Bizimaz.az: DGK-dan verilən məlumata görə, aksizli mallar üzrə Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında, "Hyundai Excel" markalı avtomobil Bakı şəhəri, Xətai rayon ərazisində saxlanılıb.
Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi həmin nəqliyyat vasitəsinin salonuna baxış zamanı, orada siqaretlərin olduğu müəyyən edilib. Daha sonra Aksizli mallar üzrə Baş Gömrük İdarəsinin dayanacağına gətirilən avtomobilə təkrar baxış keçirilib.
Yoxlama zamanı, avtomobilin salonunda 2 ədəd karton qutuda üzərində Azərbaycan Respublikasının aksiz markası olmayan cəmi 9080 ədəd müxtəlif adda siqaretlər aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.