27 sentyabr Vətən müharibəsinin başlanmasının ildönümü ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən xüsusi kitab hazırlanır.
Bizimaz.az bildirir ki, bu barədə Axar.az-a Bakı Şəhər İH-dən məlumat verilib.
Bildirilib ki, Prezidentin sərəncamı ilə 27 Sentyabr – Şəhidlərimizin Anım Günü elan edilib. Bu məqsədlə Bakı Şəhər İH-də dəyirmi masa keçirilib. Şəhidlərimizin Anım Günündə - 27 sentyabrda nəzərdə tutulmuş tədbirlər çərçivəsində Bakıda 3000 ağac əkiləcək, rayonlarda iməcilikər keçiriləcək.