Bizimaz.az  BAKU.WS-ə istinadən  övladları birinci sinifə gedən məşhurları təqdim edir:

Aparıcı Aytən Səfərova oğlu Raulu birinci sinifə yola salıb. O, bu haqda sosial şəbəkə hesabında məlumat verib. Aytən paylaşım edərək oğlunu məktəbə getməsi münasibətilə təbrik edib:

“Zehnin açıq, uğurların bol olsun, Raul balam. Məktəbə yeni qədəm qoyursan, artıq 1ci sinfə gedirsən. Vətən üçün oxu təhsil al. Vətənə layiqli xidmət et, oğul!”

 

Müğənni Elvin Abdullayevin oğlu da bu il məktəbə ilk adımını atan azyaşlılardandır. Övladı Tuncayı ibtidai sinfə yola salan Elvin onunla bağlı status yazaraq təbrik edib:

“Dəyərli balam məktəbə atdığın ilk addımların mübarək. Sevinirəm ki, mənim təhsil aldığım məktəbdə sən də oxuyacaqsan”.

İdmançı Kamil Zeynallı da bilik günü münasibətilə paylaşım edən məşhurlardandır. O, şəhid Əzizov Elgünün övladını məktəbə getməsi münasibətilə təbrik edib və onunla fotolarını paylaşıb:

“Şəhid övladları Azərbaycanın şərəfli qeyrətli oğullarına, qızlarına şəhidlərimizin əmanətidir. Biz bu əmanəti öz şərəfimiz kimi qorumalıyıq. Şəhid Elgün Əzizov ruhun şad olsun!”.

Müğənni Sevda Sanalayıva da övladını birinici sinfə yola salıb. Azyaşlı oğlunu məktəbə gedən Sevda bununla bağlı sosial şəbəkədə paylaşım edib:

“Sabahkı günə görə həm kövrək, həm də həyəcanlıyam. İnşallah ağlayıb özümü biabr etmərəm”.

Müğənni Lətifə Soyuözün övladı da birinci sinfə gedir. İfaçı oğlu ilə məktəbdə çəkdirdiyi şəklini sosial şəbəkədə yayımlayıb.

Aparıcı Elgiz Əkbərin qızı da bu il məktəbə gedir. O, övladı Laləni bilik günü münasibətilə təbrik edərək bunları yazıb:

"Məktəbə gedən bütün balaları təbrik edirəm. Allah bütün valideynləri övladları sarıdan güldürsün. Balaca Lalə də bu gün məktəbə gedib, çox sevincliyəm".