Badamdarda baş verən sürüşmənin səbəblərinin araşdırılması üçün Bakıya Yaponiyadan mütəxəssis gətirilib.
Bizimaz.az: Bunu sürüşmə zonasında jurnalistlərə açıqlamasında Baş nazirin müavini Hacıbala Abutalıbov deyib. O, bildirib ki, sürüşmə prosesi davam edir, ərazidə gərginlik azalmayıb.
H.Abutalıbov, həmçinin qeyd edib ki, təhlükəli zonada yerləşən 11 evdən 8-də ötən günə nisbətən çatlar böyüyüb.
Qeyd edək ki,
Bakı şəhərinin Səbail rayonunda, Badamdar-20-ci sahəni birləşdirən yolda (Bayıl şossesi) sürüşmə baş verib. Sürüşən torpaq qatının eni 250 metrdən, uzunluğu isə 200 metrdən çoxdur. Sürüşmə qatının hündürlüyü 15 metrdən artıqdır.