Xəbər lenti

Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən yol hərəkəti təhlükəsizliyini daha da səmərəli təşkil etmək və gecə saatlarında kobud qayda pozuntuları törədən sürücülərin aşkar edilməsi istiqamətində görülən tədbirlər davam etdirilir. Bu istiqamətdə idarə əməkdaşları əməkdaşları həftə sonu paytaxtın müxəlif küçə və prospektlərində maarifləndirici və profilaktik tədbirlər keçiriblər.
Bizimaz.az: DİN-dən  verilən məlumata görə, reyd zamanı xeyli sayda sərxoş sürücü aşkar olunub, yol polisinə tabe olmayan, avtoxuliqanlıq edənlərə də rast gəlinib. Keçirilən tədbirlər zamanı polisin qanuni saxlama əmrinə tabe olmayaq avtomobili saxlamaqdan imtina edən və bununla da kobud qayda pozan xanım sürücü Səbail rayonu Rəşid Behbudov küçəsində süni tıxac yaradıldıqdan sonra saxlanılıb.



Daha bir avtoxuliqanlıq hərəkətləri edən sürücü Nərimanov rayonu, Həsən Əliyev küçəsində aşkar edilib. Belə ki, “Niva” və “Lexus” markalı avtomobillərin sürücüləri qarşı yola çıxaraq yüksək sürətlə hərəkət edib və digər hərəkət iştirakçılarına aşkar təhlükə yaradıblar. Yol polisi əməkdaşlarının “saxla” işarəsinə tabe olmayan sürücülər məsuliyyətdən yayınmaq üçün ayrı-ayrı istiqamətlərə gediblər. Sonda DYP əməkdaşları süni sıxlıq yaradaraq “Lexus” markalı avtomobilin sürücüsünü Ziya Bünyadov prospektində saxlamağa nail olublar.



Qeyd edək ki, avtoxuliqanlıq edən digər 90- GJ-444 dövlər qeydiyyat nişanlı “Niva”nın sürücüsünün isə saxlanılması barədə qərar çıxarılıb. Reyd zamanı sərxoş vəziyyətdə saxlanılan sürücü Əhməd Hüseynov polisdən qaçmaq üçün maşını yolun hərəkət hissəsində saxlayaraq düşüb qaçmağa çalışsa da o, saxlanılıb. Sürücü nəqliyyat vasitəsini mühafizə olunan müvəqqəti duracağa yerləşdirmək üçün avtomobilin açarlarını polislərə verməkdən boyun qaçırıb. Daha sonra tibbi müayinə zamanı onun ağır dərəcəli sərxoş olduğu üzə çıxıb.



“Mersedes” markalı avtomobili sərxoş vəziyyətdə idarə edən daha bir sürücü Zakir Rüstəmov isə Xətai rayonu Xocalı prospektində saxlanılıb. O, əvvəlcə polislərə spirtli içki qəbul etmədiyini desə də, sonradan sükan arxasına sərxoş vəziyyətdə əyləşdiyini etiraf edib. Sərxoş vəziyyətdə saxlanılan “Prado” markalı avtomobilin sürücüsü isə əvvəlcə özünü dövlət qurumlarından birinin əməkdaşı kimi təqdim edərək məsuliyyətdən yayınmağa çalışıb. Amma polislər tərəfindən onunla profilaktik söhbətlər aparılaraq spirtli içkinin təsiri altında nəqliyyat vasitəsini idarə etməyin törədə biləcəyi ağır fəsadlar barədə məlumat verilib. Daha sonra bu sürücü barəsində də qanunamüvafiq tədbir görülüb.



“Mersedes” markalı mikroavtobusu sərxoş hala idarə edən növbəti sürücü Ziya Bünyadov prospektində saxlanılıb. Sürücü nə qədər təəccüblü olsa da, etdiyi əmələ haqq qazandırmağa çalışıb. O, içki vəziyyətdə avtomobil idarə etdiyi üçün peşman olmadığını bildirib. Qeyd edək ki, son zamanlar bəzi sürücülər avtomobilə konstruksiya dəyişikliyi etmədən maşının yük yerinə su qabları, beton qırıntıları, sement, mərmər və digər ağır əşyalar yığırlar. Bununla da onlar avtomobilin ön hissəsinin qalxmasını, arxa hissəsinin isə aşağı düşməsini təmin edirlər. Reyd zamanı bu üsulla, yəni avtomobilin yük yerinə beton qırıntıları yığaraq görünüşü dəyişən sürücülər də aşkar edildi.



Reyd zamanı sərxoş halda nəqliyyat vasitəsini idarə edən 14, avtoxuliqanlıq edən 3, polisə tabe olmayan 2 sürücü aşkarlanıb. Digər kobud qayda pozuntularına yol verən sürücülər barəsində də müvafiq tədbirlər görülüb. Ümümilikdə, reyd zamanı 50-dən artıq sürücü saxlanılaraq inzibati qaydada cərimə edilib, bir neçəsinin barəsində toplanmış materiallar isə məhkəmələrə təqdim edilib. Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polis İdarəsi əməkdaşları tərəfindən bu tipli maarifləndirici tədbirlər bundan sonra da davam etdiriləcək.




15 Noyabr 2024 Prezident SƏRƏNCAM İMZALADI
14 Noyabr 2024 Heydər Əliyev Fondunun nəşri təqdim olundu
17 Aprel 2024 Şirvan suvarma kanalının təməli qoyulub
01 Dekabr 2023 Mediasiya - mübahisələrin, anlaşılmazlıqların məhkəməyə qədərki həll yolu
24 Noyabr 2023 8 rayonun inzibati ərazi bölgüsündə qismən dəyişiklik ediləcək
23 Noyabr 2023 Ağacəkmə aksiyası və balıq buraxılışı tədbiri keçirilib - Fotolar
23 Noyabr 2023 Ayın 25-dək şəxsi avtomobildən istifadə etməyin - Bakı sakinlərinə xəbərdarlıq
23 Noyabr 2023 Yeni Yaşma kəndinin həll ediləcək köhnə problemləri -Foto
28 Oktyabr 2023 Xocalı məktəbinin direktoru ilə bağlı cinayət işi başlandı
20 Oktyabr 2023 Şuşaya köç tarixi açıqlandı
17 Oktyabr 2023 Azərbaycanda qızılca və məxmərək infeksiyalarına yoluxma halı qeydə alınıb?
02 Sentyabr 2023 Bakıda yol qəzası - Sıxlıq yaranıb
29 Avqust 2023 Nazirliyin keçmiş idarə rəisi həbs edilib
30 İyul 2023 Fövqəladə Hallar Nazirliyi metroda təlim keçirdi - Video
23 İyun 2023 Vilayət Eyvazovdan yeni təyinat
04 İyun 2023 Kamaləddin Qafarov: ““Əsrin müqaviləsi” ölkədə vəziyyəti kökündən dəyişdi”
30 Mart 2023 31 mart- tarixin qara səhifəsi
18 Yanvar 2023 Kollecdə 20 Yanvar Ümumxalq Hüzn Günü münasibətilə açıq dərslər keçirildi
11 Yanvar 2023 İqtisad Universitetinin rektoruna ağır itki üz verdi
06 Yanvar 2023 TƏBİB: "Bayram günlərində 180 nəfər zəhərlənib, 4-nün vəziyyəti ağırdır"
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov