2018-ci ilin yanvar-avqust aylarında ölkədə 39496 ölüm halı qeydə alını və bu göstərici əhalinin hər 1000 nəfərinə 6,0 təşkil edib. Bizimaz.az: Dövlət Statistika Komitəsindən verilən xəbərə görə, bu ilin 8 ayında qeydiyyat şöbələri tərəfindən 40 235 nikah və 9 877 boşanma halları qeydə alınıb və əhalinin hər 1000 nəfərinə nikahların sayı 6,2, boşanmaların sayı isə 1,5 olub.
Cari ilin yanvar-avqust ayları ərzində
Daxili İşlər Nazirliyi və
Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən daimi yaşamaq üçün Azərbaycana 2387 nəfər gələn, Azərbaycandan isə 987 nəfər gedən qeydə alınaraq miqrasiyanın müsbət saldosu 1400 nəfər təşkil edib.