Xəbər lenti



 

“Meliorasiya və Su Təsərrüfatı” ASC-nin sədri Zaur Mikayılovun bölgələrdə bəzi hidrotexniki qurğuların vəziyyəti ilə yerində tanış olması aparılması nəzərdə tutulan daxili yoxlamanı ertələyib.

 

Faktinfo.az saytına meliorasiya sistemindən verilən məlumata görə, quruma təyin olunan yeni sədr Zaur Mikayılov bir çox idarələrdə mərhələli şəkildə daxili audit yoxlamaları aparılmasını təşkil edəcək. Bununla, quruma tabe təşkilatlara müxtəlif təsnifatlar üzrə ayrılan dövlət vəsaitinin səmərəlilik və şəffaflıq vəziyyəti müəyyənləşdiriləcək.

ASC-nin balansında olan idarələrdə təmir-istismar, əsaslı-təmir və digər istiqamətlər üzrə ayrılan dövlət vəsaitinin daxili audit üzərindən təftişi həyata keçiriləcək. Maşın və mexanizm parklarında olan texnikaların vəziyyəti, Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sərəncamına əsasən, yeni subartezian quyularının qazılmasına ayrılan milyon manatlarla dövlət vəsaitindən səmərəli istifadə, quyuların qazılmasında ərazinin komissiya tərəfindən verilən yekun rəyə əsasən düzgün seçilib-seçilməməsi kimi məsələlər nəzərdən keçiriləcəkdir.

Faktinfo.az saytına verilən məlumatda o da bildirilir ki, yoxlanılacağı müəyyənləşdirilən idarələrin siyahısında dəyişiklik olmasa,2021-ci ilin sonuna kimi ilkin olaraq, “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin balansında olan aşağıdakı idarələrdə son 5 ilin maliyyə-təsərrüfat fəaliyyətini əhatə edən daxili audit yoxlamaları aparılacaq:

1. Ağstafa Hidroqovşağı İstismarı İdarəsi

2. Füzuli Mil-Muğan Hidroqovşağı İstismarı İdarəsi

3. İmişli Bəhrəmtəpə Hidroqovşağı İstismarı İdarəsi

4. Əyri Çay Su Anbarı İstismarı İdarəsi

5. Kür-Araz Çaylarında Bəndlərin İstismarı İdarəsi

6. Sabirabad Mexaniki Suvarma Sistemləri İdarəsi

7. Gəncə İxtisaslaşmış Təmir, Quraşdırma və Sazlama İdarəsi

8. Kürdəmir Mexaniki Suvarma Sistemləri İdarəsi

9. Xızı Suvarma Sistemləri İdarəsi

10. Beyləqan Suvarma Sistemləri İdarəsi

11. Xaçmaz Suvarma Sistemləri İdarəsi

12. Neftçala Suvarma Sistemləri İdarəsi

13. Göyçay Suvarma Sistemləri İdarəsi

14. Hacıqabul Suvarma Sistemləri İdarəsi

15. Şəmkir Subartezian Quyularının İstismarı İdarəsi

16. Tərtər Subartezian Quyularının İstismarı İdarəsi

17. Boz Dağ Qış Otlaqlarının Su Təminatı Sistemlərinin İstismarı İdarəsi

18. Samur-Abşeron Kanalının İstismarı İdarəsi

 

O da qeyd edilir ki, hazırda bu idarələrin bəzi rəhbər şəxsləri öz ərizələrinə əsasən işdən çıxmaq istəyirlər.

 

Xüsusi qeyd: Samur-Abşeron Kanalının İstismarı İdarəsi ilə bağlı indiki şərait üçün iki xüsusi məsələyə toxunmaq məcburiyyəti var. Sirr deyil ki, Samur-Abşeron kanalının layihə gücü kanalın keçdiyi bir neçə rayonu, eləcə də Abşeron Suvarma Sistemləri İdarəsinin xətti ilə Abşeron yarmadasının əhəmiyyətli hissəsini suvarma suyu ilə təmin etmək üçün hesablanıb. Və illərdir ki, bu təyinat üzrə istismar edilir. Hazırkı məqamda isə Samur-Abşeron kanalında suyun həcmi olur ki, günlərlə aşağı düşür. Bu suvarma suyuna təxirəsalınmaz ehtiyacın olduğu isti yay günlərində beləmi olmalıdır?

Faktinfo.az saytını məlumatlandıran mənbənin bildirdiyinə görə, kanalda suyun həcminin aşağı düşməsinə səbəb, suyun ehtiyat su gölünə yönləndirilməsidir və ən azından bu şəkildə əsaslandırılmasıdır. Mənbənin izahına görə, suvarma suyuna ciddi ehtiyac duyulduğu isti yay günlərində Samur-Abşeron kanalındakı suyun ehtiyat su anbarlarına yönləndirilməsinin heç bir izahı yoxdur. Bu vəziyyət suvarma suyuna qarşı yaradılan əngəldən başqa bir şey deyildir. Göl və ehtiyat su anbarlarına yönləndirmə suvarma suyuna ehtiyacın olmadığı aylarda olmalıdır ki, Samur-Abşeron kanalının İstismarı idarəsinin rəisi Zakir Rüstəmovun da bu yanaşması başa düşülən deyil.

O ki qaldı, Samur-Abşeron kanalının vəziyyətinə, burada da mənzərənin ürəkaçan olmadığı bildirilir. Kanalda kifayət qədər qəzalı sahələr var. Belə vəziyyətdə kanalın istismarı su itkisinə səbəb ola bilər. Kanala ümumi baxış keçirilsə, bura son illər əsaslı təmir üçün vəsaitin ayrılmadığı təsiri də bağışlanar - deyə mənbəmiz bildirir.

Faktinfo.az

 
 
 
 
 
11 May 2025 İlham Əliyev: Bu gün Kəngərlinin timsalında yeniləşən Azərbaycanı görürük, bərpa olunan Qarabağı görürük
01 May 2025 “3 milyondan çox vətəndaşın banklara kredit borcu var”
21 Aprel 2025 Mayın 1-dən “e-bülleten” sisteminə keçirilir
07 Aprel 2025 Uşaqların sayına görə pensiya yaşının azaldılması TƏKLİF EDİLDİ
01 Aprel 2025 Prezidentdən İsmayıllının İvanovka kəndi ilə bağlı SƏRƏNCAM
20 Fevral 2025 Ümumi orta təhsil bazasında kolleclərə tələbə qəbulu elan edildi
07 Fevral 2025 Samir Rəhimov: "Əfv Komissiyası iclası gələn həftə olacaq"
06 Yanvar 2025 “Ajiotaj yaratmaq lazım deyil” - Tokayev
27 Dekabr 2024 Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadıldı
15 Noyabr 2024 Prezident SƏRƏNCAM İMZALADI
14 Noyabr 2024 Heydər Əliyev Fondunun nəşri təqdim olundu
17 Aprel 2024 Şirvan suvarma kanalının təməli qoyulub
01 Dekabr 2023 Mediasiya - mübahisələrin, anlaşılmazlıqların məhkəməyə qədərki həll yolu
24 Noyabr 2023 8 rayonun inzibati ərazi bölgüsündə qismən dəyişiklik ediləcək
23 Noyabr 2023 Ağacəkmə aksiyası və balıq buraxılışı tədbiri keçirilib - Fotolar
23 Noyabr 2023 Ayın 25-dək şəxsi avtomobildən istifadə etməyin - Bakı sakinlərinə xəbərdarlıq
23 Noyabr 2023 Yeni Yaşma kəndinin həll ediləcək köhnə problemləri -Foto
28 Oktyabr 2023 Xocalı məktəbinin direktoru ilə bağlı cinayət işi başlandı
20 Oktyabr 2023 Şuşaya köç tarixi açıqlandı
17 Oktyabr 2023 Azərbaycanda qızılca və məxmərək infeksiyalarına yoluxma halı qeydə alınıb?
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov