Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) ilə Avstriyanın təhsil və elmi-tədqiqat müəssisələri arasında əməkdaşlıq məsələlərinin müzakirəsi məqsədilə onlayn görüş keçirilmişdir.
Ölkəmizin Avstriyadakı Səfirliyinin vasitəsilə keçirilən görüşdə adıçəkilən ölkənin Ali Federal Tədris və Tədqiqat Mərkəzinin direktor müavini, Tədqiqat və İnnovasiyalar üzrə Rəhbər Johann Gasteiner və digər əməkdaşlar iştirak etmişdir. ADAU-nun tədris işləri üzrə prorektoru, dosent Anar Hətəmov universitetin maddi-texniki bazası, təhsil proqramları, beynəlxalq əlaqələri, o cümlədən universitetin nəzdində yaradılan Peşə Təhsil Mərkəzinin imkanları barədə məlumat verilmişdir. Bildirilmişdir ki, 09 iyul 2020-ci il tarixində ADAU ilə Avstriyanın Vyana Təbii Sərvətlər və Tətbiqi Elmlər Universiteti (BOKU) arasında Erasmus Joint Mundus proqramı çərçivəsində müqavilə imzalanmış və bitkiçilik sahəsi üzrə magistratura səviyyəsində təhsil almaq üçün 8 tələbənin sənədi göndərilmişdir.
Görüşdə ADAU-nin nəzdində Peşə Təhsil Mərkəzinin yaradılmasını nəzərə alaraq qeyd olunan ölkənin müvafiq qurumları ilə peşə təhsili, habelə heyvandarlıq, ekoloji kənd təsərrüfatı, aqromühəndsilik, aqrar menecment və marketinq və digər sahələrdə birgə kadr hazırlığı, professor-müəllim heyəti və tələbələrin mübadiləsi və elmi-tədqiqat işlərinin yerinə yetirilməsi istiqamətində əməkdaşlıq əlaqələrinin qurulması və inkişafı prioritet olaraq müəyyən edilmişdir.