Bakıda ticarət mərkəzləri və “Mall”ların fəaliyyəti bərpa edilir.
Bizimaz.az xəbər verir ki, bunu Prezidentin köməkçisi – Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.
Onun sözlərinə görə, iyunun 10-dan etibarən ölkədə fəaliyyət göstərən iri ticarət mərkəzləri fəaliyyətini bərpa edəcək. Ticarət mərkəzlərində bütün qabaqlayıcı tədbirlər görülməlidir. Ara məsafəsi gözlənilməli, eləcə də maskadan istifadə edilməlidir.