Xəbər lenti


Axşam saatlarında paytaxt Bakının müxtəlif ərazisində sürücülərin məsuliyyətsizliyi ucbatından sıxlıq yaşanır.

 

Bizimaz.az: belə ərazilərdən biri də Xətai rayonu, Afiyəddin Cəlilov küçəsidir. Burada yerləşən müxtəlif çay evlərinə gələn vətəndaşlar avtomobillərini parkinqlərdə yox, yolun ortasındakı təhlükəsizlik adacığında və hərəkət hissəsində saxlayırlar. Bu isə müxtəlif hissələrə aparan yolları daraldır.

Demək olar ki, hər gün axşam saatlarında, hərəkətin pik olduğu vaxtda bu mənzərə yaşanır. Yaxınlıqda məşhur əyləncə mərkəzinin dayanacağı olsa da, bəzi sürücülər maşınlarını yolun ortasında saxlamağa üstünlük verirlər.

Sözügedən ərazidə avtomobillərin park edilməsinə icazə verən heç bir nişan yoxdur. Əksinə, parkinqi qadağan edən nişanlanma xətti var, amma üzərində maşınlar dayandığından onu axşam lentə almaq mümkün olmadı.

Avtomobillərin bir hissəsi təhlükəsizlik adacığının içərisində, bir qismi isə yolun ortasında saxlanıldığından Xətai metrosu, eləcə də mərəkəzə doğru aparan yol xeyli daralır. 

Məsələ ilə bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov etiraf edib ki, Afiyəddin Cəlilov küçəsində sözügedən ərazi də daxil olmaqla şəhərin müxtəlif hissələrində sürücülərin avtomobillərini qanunsuz park etmələri nəticəsində sıxlıq yaranır. Bölmə rəisi ərazidə araşdırma aparılacağını bildirib.

Vaqif Əsədov deyib ki, bu tipli məsələlərdə sürücülərin də üzərinə böyük məsuliyyət düşür

15 Noyabr 2024 Prezident SƏRƏNCAM İMZALADI
14 Noyabr 2024 Heydər Əliyev Fondunun nəşri təqdim olundu
17 Aprel 2024 Şirvan suvarma kanalının təməli qoyulub
01 Dekabr 2023 Mediasiya - mübahisələrin, anlaşılmazlıqların məhkəməyə qədərki həll yolu
24 Noyabr 2023 8 rayonun inzibati ərazi bölgüsündə qismən dəyişiklik ediləcək
23 Noyabr 2023 Ağacəkmə aksiyası və balıq buraxılışı tədbiri keçirilib - Fotolar
23 Noyabr 2023 Ayın 25-dək şəxsi avtomobildən istifadə etməyin - Bakı sakinlərinə xəbərdarlıq
23 Noyabr 2023 Yeni Yaşma kəndinin həll ediləcək köhnə problemləri -Foto
28 Oktyabr 2023 Xocalı məktəbinin direktoru ilə bağlı cinayət işi başlandı
20 Oktyabr 2023 Şuşaya köç tarixi açıqlandı
17 Oktyabr 2023 Azərbaycanda qızılca və məxmərək infeksiyalarına yoluxma halı qeydə alınıb?
02 Sentyabr 2023 Bakıda yol qəzası - Sıxlıq yaranıb
29 Avqust 2023 Nazirliyin keçmiş idarə rəisi həbs edilib
30 İyul 2023 Fövqəladə Hallar Nazirliyi metroda təlim keçirdi - Video
23 İyun 2023 Vilayət Eyvazovdan yeni təyinat
04 İyun 2023 Kamaləddin Qafarov: ““Əsrin müqaviləsi” ölkədə vəziyyəti kökündən dəyişdi”
30 Mart 2023 31 mart- tarixin qara səhifəsi
18 Yanvar 2023 Kollecdə 20 Yanvar Ümumxalq Hüzn Günü münasibətilə açıq dərslər keçirildi
11 Yanvar 2023 İqtisad Universitetinin rektoruna ağır itki üz verdi
06 Yanvar 2023 TƏBİB: "Bayram günlərində 180 nəfər zəhərlənib, 4-nün vəziyyəti ağırdır"
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov