Ölkəmizdə Şəhid ailələrinə dövlətin qayğısı daimidir.
Bu gün müharibə əlillərinin dövlət hesabına müayinə olunması, hər daim onların çətinliklərinin həlli istiqamətində addım atılması, şəhid ailələrinə müasir standartlara cavab verən evlərlə təchiz olunması, həmçinin “Yaşat Fondunun” yaradılması və bu fondun şəhidlərimizin övladlarının adına böyük məbləğdə vəsaitin ayırması, ərazi bütövlüyümüzün müdafiəsi uğrunda əlil olmuş şəxslərin çətinliyinin həll edilməsi bütün bunlara əyani sübutdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 08 dekabr 2020-ci il tarixli sərəncamı əsasında yaradılan “Yaşat Fondu” vətən uğrunda canında keçən və ya əlilliyi müəyyən olunmuş şəxslərə hər zaman dəstək verəcəkdir. Hər zaman millətinin qayğısına qalan, onların sosial rifahını təmin edən və milləti tərəfindən sevilən Prezident cənab İlham Əliyevin sərəncamı əsasında yaradılmışdır.
Cənab Prezident İlham Əliyevin yeritdiyi uğurlu daxili və xarici siyasətin nəticəsidir ki, bu gün biz Azərbaycan olaraq böyük müharibənin altından həm böyük qələbə ilə, həm də heç bir iqtisadi çətinliklə üzləşmədən çıxdıq. Ordumuzun güclü və müasir silahlarla təchiz olunması, hərbi qulluqçularımızın bu silahlardan yüksək bacarıqlarla istifadə edə bilməsi, düşmənin ordumuzun qarşısında diz çökməsi bunlara sübutdur. Ordumuzun əhval ruhiyyəsinin yüksək olmasında vətənin işğaldan azad olunması hissi, sevgisi nə qədər idisə, ordumuzun arxasında cənab Prezident İlham Əliyev kimi bir Ali Baş Komandanın olması bilgisi də o qədər idi. Çünki hərbi qulluqçularımız çox gözəl bilirdilər ki, əgər onlar orada şəhid olsalar belə, ailələrini bir daha görə bilməsələr belə hər daim onları diqqət mərkəzində saxlayacaq dövlət başçısı – İlham Əliyev var. Vətən müharibəsi zamanı millətimizin bir yumruq kimi birləşməsinin ən önəmli səbəblərindən biridə məhz bu idi. Müharibə zamanı xalqımızda olan böyük ruh yüksəkliyi artaraq davam edir, çünki hər zaman olduğu kimi müharibədən yenicə çıxmasına baxmayaraq dövlət başçımız cənab İlham Əliyev millətə, müharibə əlillərinə və şəhid ailələrinə olan qayğısını, dəstəyini azaltmadı, əksinə daha da artırdı. Lakin torpaqlarımızda müəyyən dövlətlərin dəstəyi ilə təxribatlar törədən Erməni dövlətində böyük tənəzzül var. Hər gün iğtişaşlar, bir-birini ittiham etmələr və xaos hökm sürür. Azərbaycan xalqının və dövlətinin gücü qarşısında işğalçı Ermənistan dayana bilmədi. Dünyanın ən böyük təşkilatı olan Birləşmiş Millətlər Təşkilatının 30 il ərzində həll edə bilmədiyi münaqişə 44 gün ərzində cənab Prezident İlham Əliyevin hərbi strategiyasının, uğurlu siyasətinin və yüksək dövləti idarəçiliyinin nəticəsində öz həllini tapdı.
Aqşin Əliyev
YAP Saatlı rayon təşkilatının məsul işçisi