Rusiyanın Baş naziri Mixail Mişustin Azərbaycanla hava əlaqəsinin bərpasına dair sənəd imzalayıb.
Bizimaz.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiya Nazirlər Kabineti məlumat yayıb.
"15 fevral 2021-ci il tarixindən etibarən qarşılıqlı olaraq Azərbaycan (Moskva-Bakı, həftədə iki uçuş) ilə beynəlxalq uçuşların bərpa edilməsinə qərar verildi", - deyə məlumatda qeyd olunur.
Yeni növ koronavirus infeksiyasının yayılmasının qarşısını almaq üçün operativ qərargahın təklifi ilə belə bir qərarın verildiyi qeyd olunur.
BAKU.WS