“Daim Azad müəllimlə əlaqə saxlayırıq. Onun səhhəti normaldır, sabitdir”.
Bizimaz.az bildirir ki, bunu Oxu.Az-a Gənclər və İdman nazirinin müavini İsmayıl İsmayılov deyib.
Ötən həftə mətbuatda Gənclər və İdman naziri Azad Rəhimovun xəstələndiyi və ABŞ-da müalicə aldığı barədə xəbərlər yayıldı. Məsələ ilə bağlı danışarkən İ.İsmayılov bunları bildirib:
“Onun sağlıq durumu yaxşıdır. Tədbirlərin keçirilməsi ilə bağlı müəyyən razılaşmalar onunla edilir. Elə dövrdəyik ki, istənilən adamla əlaqə saxlamaq üçün imkanlar genişdir. Onun razılığı alındıqdan sonra həmin tədbirlərin icrası ilə bağlı işlər görülür.
Şükür Allaha, indi istər onun müavini kimi mən, istərsə də digər müavin İntiqam Babayev işimizin başındayıq. Onun yoxluğunu hiss etdirmirik.
Bəzən görürsən ki, mətbuatda bir insanın xəstə olması barədə elə şeylər yazırlar ki. Fikirləşirsən ki, bu, bizim millətdəndir?! Necə bir insanın xəstələnməsinə belə reaksiya vermək olar? Hər bir insan xəstələnə bilər. İnsanın şəxsi işinə qarışmaq etik cəhətdən düzgün deyil”.