Təhsil naziri Emin Əmrullayev bildirib ki, qiymət və davamiyyətə görə şagirdlərin sinifdə saxlanılması nəzərdə tutulmur.

 

Bizimaz.az BAKU.WS-ə istinadən  xəbər verir ki, bu barədə Təhsil naziri Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində danışıb.

Nazir əlavə edib ki, 2020/2021-ci tədris ilinin sonunda bütün şagirdlərin növbəti sinfə keçəcəyi planlaşdırılır: "Qiymət və davamiyyətə görə şagirdlərin sinifdə qalması nəzərdə tutulmur. Bu, mövcud pandemiya vəziyyəti ilə əlaqədardır".