Onun sözlərinə görə, 22 dekabr 2003-cü il təvəllüdlü Zöhrə Qurbanova
Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə, 14 aprel 1963-cü il təvəllüdlü Atakişi Ağayev isə
Bakıİslam İnstitutunun Dinşunaslıq fakültəsinə qəbul olub.
Qeyd edək ki, ali təhsil müəssisələrinin müsabiqəsində 44772 abituriyent iştirak edib. Onlardan 39906 nəfəri ali təhsil müəssisələrinə qəbul olunub. 11963 nəfər dövlət sifarişi əsasında, 27943 nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib.