Bir çox hallarda Azərbaycanı müxtəlif ölkələrlə müqayisə edirəm. Sosial şəbəkələri izləyib, şərhləri oxuyuram.
Bizimaz.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin iqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov Operativ Qərargahın bugünkü brifinqində deyib.
"Təəssüf ki, həqiqəti əks etdirməyən şərhlər yazılır. Bəziləri hələ də virusun varlığını danır. Bəziləri iddia edir ki, bütün ölkələrdə karantin ləğv olunub, yalnız Azərbaycanda qalıb. Bu, çox yanlış fikirdir. Karantin ləğv olunan ölkələrdə yoluxma sayı artıb. Məsələn, İsrail çimərlik mövsümünü açdı və orada yoluxma halları artdı", - o bildirib.
Ş.Mövsümov qeyd edib ki, açıq havada fəaliyyət göstərən kafelərdə yoluxma halı daha azdır:
"Biz 5 avqustdan sonra yumşalmalara gedə bilərik. Bütün kafelərin, ticarət obyektlərinin açılması riskləri nəzərə almaqla baş tutacaq. Mən istəməzdim ki, yenidən sərt karantin rejiminin tətbiqinə məcbur olaq. Sadə qaydalara riayət etməklə koronavirusa qalib gələ bilərik".