Azərbaycan alimi, tibb elmləri doktoru, professor İbadulla Ağayev Azərbaycanın Baş epidemioloqu vəzifəsindən çıxıb.
Bizimaz.az xəbər verir ki, bu barədə Report-a İ.Ağayev özü məlumat verib.
O bildirib ki, öz istəyinə uyğun olaraq Baş epidemioloq vəzifəsindən istefa verib.
Qeyd edək ki, İ.Ağayev 1992-ci ildən Azərbaycanın Baş epidemioloqu vəzifəsində çalışırdı.