Azərbaycan nümayəndə heyəti Dağıstanda sərhəddə qalan həmvətənlərimizin ölkəyə qaytarılması üçün Rusiya-Azərbaycan sərhədinə gedib.
“İnterfax Rusiya” bu barədə Dərbənd rayonunun başçısı Fuad Şıxıyevin açıqlamasına istinadla xəbər yayıb.
O qeyd edib ki, Dağıstanın başçısı Vladimir Vasilyev Azərbaycan nümayəndə heyəti ilə görüşüb. Məsələ tam həll olunub. Avtobuslar hazırlanıb. 155 nəfər bu gün evdə olacaq.
Qeyd edək ki, koronavirus pandemiyası səbəbindən sərhədlərin bağlanılması nəticəsində Azərbaycan vətəndaşları Rusiya ilə sərhəddə qalıb.(oxu.az)