Bakıda marşrut avtobuslarında kondisionerlər qoşulub.
Bizimaz.az bildirir ki, bununla bağlı Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.
Bildirilib ki, operativ qərargahın tibbi bölməsi TƏBİB-lə aparılan müzakirələrin nəticəsi olaraq avtobuslarda sərinləndirmə sistemlərinin işə salınmasına qərar verilib.
Sərinləndirmə sistemlərinin işlədilməsi mütəxəssislərin tövsiyə etdiyi qaydalar nəzərə alınmaqla həyata keçiriləcək. Bununla bağlı daşıyıcı şirkətlərə də müvafiq tapşırıqlar verilib və mərhələ ilə sərinləndirmə sistemlərinin işə salınması təmin olunacaq.
istinad