Yoluxma daha çox ictimai nəqliyyatda və ictimai-iaşə müəssisələrində olub. İctimai nəqliyyat hələ də təhlükə mənbəyidir.
Bizimaz.az xəbər verir ki, bu sözlərlə çıxış edən həkim Vaqif Qarayevin fikrincə, Gürcüstan təcrübəsindən istifadə edilməli, ictimai nəqliyyatın fəaliyyəti dayandırılmalı idi.
“Fikrimcə, hökumət kafe, restoranları da açmamalıydı. Restoranlarda, kafelərdə çalışanlara sosial kompensasiya ödəmək olardı. Ancaq artıq gecdir. Ən yaxşısı indi kafe, restoranlara getməməkdir”.