Həm nəqliyyat vasitələrində, həm də digər yerlərdə havanı içəridə dövr etdirən havalandırma sistemləri varsa, buna məhdudiyyət qoyulmalıdır".
Bizimaz.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.
O əlavə edib ki, nəqliyyat vasitələrində havalandırma sisteminin işə salınması ilə əlaqədar Bakı Nəqliyyat Agentliyi ilə danışıqlar aparılır: "Müəyyən qaydalar üzərində çalışılır. Hazırda havaların dözülməz dərəcədə isti olduğu mövsümündə deyilik. Amma gələcəkdə bu baş verə bilər. Bununla əlaqədar da növbəti qaydalar və qərarlar qəbul ediləcək”.