“İdeapod” maraqlı bir araşdırma həyata heçirib. Bu araşdırmada yalnız olmağı üstün tutan, vaxtlarının çoxunu tək keçirən insanların ortaq xüsusiyyətləri açıqlanıb.
bizimaz.az həmin araşdırmanın nəticələrini sizlərə təqdim edir.
1.Yalnız insanlar çox sadiq olurlar
Əsasən çevrələrini dar tuturlar. Əgər çevrələri geniş olsa belə, əsasən zamanlarını tək keçirir, tək gəzirlər. Ancaq dostlarının onlara ehtiyacı olduqda ən qısa zamanda yanlarında olmağa çalışırlar.
2.Yeni ideyalara açıq olurlar
Tək qalmağı sevmələri o demək deyil ki, onlar yenilikləri sevmirlər. Yalnız yüksək sosial fəaliyyətdən öncə yalnız olmağı üstün tuturlar.
3.Yekun qərar ala bilirlər
Vaxtlarının çoxunu tək keçirərək, problemləri və onların həlli yolları haqda düşünə bilirlər və aldıqları qərar haqda güclü inamları var.
4.Öz düşüncələri ilə sülh içindədirlər
Tək olmağa meyilli insanlar öz düşüncələri ilə razıdırlar. Çox nadir hallarda tərəddüd edirlər.
5.Zamanın qədrini bilirlər
Belə insanlar üçün zaman qızıldan dəyərlidir. Bu tip insanlar zamanlarını dəyərli etmək üçün əllərindən gələni edirlər.