Xəbər lenti

Milli Hüquq Evində 20 Yanvar Muzeyinin yaradılması ilə bağlı Təşəbbüs Qrupunun iclası keçirilib.

 

Bizimaz.az: Axar.az xəbər verir ki, iclasda Təşəbbüs Qrupunun müraciəti qəbul olunub.

Müraciətdə Azərbaycanın 28 aprel 1920-ci ildə işğal olunmasından sonra baş verən proseslərə, repressiyalara, ziyalılara qarşı təqib və milli varlığı aradan qaldırma təşəbbüslərinə toxunulub, totalitar rejimdən qurtulmaq üçün nəhayət xalqın azadlıq hərəkatına başladığı qeyd edilib.

1990-cı il 20 yanvarda Azərbaycan xalqına qarşı sovet ordusunun qətliamlar törətdiyi xatırladılan bəyanatda bildirilir ki, ümumilikdə respublika üzrə 149 nəfər qətlə yetirilib, 800 nəfərə qədər yaralanan və itkin düşən olub.

“Bir neçə gündən sonra 20 Yanvar faciəsinin 30-cu ildönümünü qeyd edəcəyik. Çox təəssüf ki, indiyə qədər bu qırğını əyani təsvir və təbliğ edən hadisələr və şəhidlərimizin hər biri barəsində müasir standartlara cavab verən məlumatların yerləşdiyi Muzey hələ də yoxdur.

Biz, bir qrup ziyalı, “20 Yanvar Müzeyi”nin yaradılması üçün təşəbbüslə çıxış edirik. 20 Yanvarda baş vermiş qanlı olayın müstəqilliyimizin əldə olunmasını sürətləndirən tarixi hadisə, qəhrəmanlıq salnaməsi olduğunu nəzərə alaraq, belə bir Muzeyin yaradılmasını vacib hesab edirik. Bu Muzey bir tərəfdən gənc nəslin yaddaşında Azərbaycanın müstəqilliyinin bərpası tarixini yaşatmaq, digər tərəfdən isə Azərbaycana gələn qonaqların bu şanlı tariximizlə tanış olmaq imkanını yaradacaqdır. 20 Yanvar şəhidlərinin ailələrini, bu qanlı hadisənin canlı şahidlərini və iştirakçılarını, Azərbaycan Hökumətini, Vətəndaş Cəmiyyətini, ziyalılarımızı, qazilərimizi bu təşəbbüsə dəstək olmağa çağırırıq!”, – müraciətdə bildirilib.

Qeyd edək ki Təşəbbüs Qrupunun üzvləri hüquqşünas Nicat Gözəlov, müstəqil jurnalist Mübariz Əhmədov, araşdırmaçı Fuad Səmədov, hərbi jurnalist Əntiqə Qonaq, psixologiya üzrə fəlsəfə doktoru Limunət Əmrahlı, müstəqil jurnalist Fuad Abbasov və tarixçi-araşdırmaçı Xəqani İsmayıldan ibarətdir.

01 May 2025 “3 milyondan çox vətəndaşın banklara kredit borcu var”
21 Aprel 2025 Mayın 1-dən “e-bülleten” sisteminə keçirilir
07 Aprel 2025 Uşaqların sayına görə pensiya yaşının azaldılması TƏKLİF EDİLDİ
01 Aprel 2025 Prezidentdən İsmayıllının İvanovka kəndi ilə bağlı SƏRƏNCAM
20 Fevral 2025 Ümumi orta təhsil bazasında kolleclərə tələbə qəbulu elan edildi
07 Fevral 2025 Samir Rəhimov: "Əfv Komissiyası iclası gələn həftə olacaq"
06 Yanvar 2025 “Ajiotaj yaratmaq lazım deyil” - Tokayev
27 Dekabr 2024 Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadıldı
15 Noyabr 2024 Prezident SƏRƏNCAM İMZALADI
14 Noyabr 2024 Heydər Əliyev Fondunun nəşri təqdim olundu
17 Aprel 2024 Şirvan suvarma kanalının təməli qoyulub
01 Dekabr 2023 Mediasiya - mübahisələrin, anlaşılmazlıqların məhkəməyə qədərki həll yolu
24 Noyabr 2023 8 rayonun inzibati ərazi bölgüsündə qismən dəyişiklik ediləcək
23 Noyabr 2023 Ağacəkmə aksiyası və balıq buraxılışı tədbiri keçirilib - Fotolar
23 Noyabr 2023 Ayın 25-dək şəxsi avtomobildən istifadə etməyin - Bakı sakinlərinə xəbərdarlıq
23 Noyabr 2023 Yeni Yaşma kəndinin həll ediləcək köhnə problemləri -Foto
28 Oktyabr 2023 Xocalı məktəbinin direktoru ilə bağlı cinayət işi başlandı
20 Oktyabr 2023 Şuşaya köç tarixi açıqlandı
17 Oktyabr 2023 Azərbaycanda qızılca və məxmərək infeksiyalarına yoluxma halı qeydə alınıb?
02 Sentyabr 2023 Bakıda yol qəzası - Sıxlıq yaranıb
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov