Təbiətin və insan əlinin yaratdığı möcüzə olan Naxçıvan özünün füsunkar qış mənzərələri ilə bura gələn hər kəsi valeh edir. Səbəbi odur ki, qədimliyi və müasirliyi ilə diqqətləri cəlb edən bu oğuz yurdu ağ örpəyə bürünəndə, sanki onun gözəlliyi, cazibəsi daha da artır. Bir vaxtlar qış fəsli sakinlərin gündəlik həyatı üçün ciddi çətinliklərlə yadda qalırdısa, bu gün biz onun tam əksini müşahidə edirik.