İctimai Televiziya və Radio Yayımları Şirkətinin koronavirusa yoluxan böyük redaktoru Əmrah Fəqanoğlu süni nəfəs aparatına qoşulub.
Bizimaz.az bildirir ki, Bu barədə Axar.az-a açıqlamasında İctimai Televiziya və Radio Yayımları Şirkətinin mətbuat xidmətinin rəhbəri Aynurə Asimqızı deyib.
O bildirib ki, Əmrah Fəqanoğlu hazırda klinikada həkimlərin nəzarəti altındadır:
“Əməkdaşımızın vəziyyəti barədə rəhbərlik tərəfindən mütəmadi olaraq həkimlərlə əlaqə saxlanılır. Onun tezliklə sağalıb sıralarımıza qayıtması üçün dua edirik”.