Xəbər lenti

Azərbaycan dünyanın 69 ölkəsi ilə vizasız gediş-gəliş rejiminə malikdir
 

“Henley&Partners Visa Restrictions İndex”in yeni reytinqində 74-cü yerdə olan Azərbaycan dünyanın 69 ölkəsi ilə vizasız gediş-gəliş rejiminə malikdir.

Bizimaz.az  report-a istinadən xəbər verir ki, “Henley&Partners” məskunlaşma və vətəndaşlıq xidmətləri mərkəzinin hesabatına görə, bununla da ötən il 80-ci yerdə olmuş Azərbaycan reytinqdə 6 pillə irəliləməyə nail olub.

Reytinqdə lider mövqeyini bölüşən Sinqapur və Yaponiya 192 ölkə ilə vizasız rejimə malikdir. Almaniya və Cənubi Koreya vətəndaşları isə 190 ölkəyə vizasız gedir.

Qeyd edək ki, “Henley & Partners” şirkətinin viza məhdudiyyətləri indeksi dünya ölkələr və bölgələrinin viza qaydalarına görə təsnifatını çıxarır. Bu reytinq səyahət etməyə, yaxud xaricə köçməyə hazırlaşan hər kəs üçün əsas istinad mənbəyidir.

Azərbaycanda “Omicron” aşkarlandı

Aparılan araşdırmaların növbəti mərhələsində ölkə xaricindən gələn şəxslərdən götürülmüş nümunələrdən 12 -də SARS-CoV-2 21K “Omicron” variantı aşkarlanıb.

Ardını oxu...

Azərbaycanda köhnə avtomobillərin istifadəsi BU TARİXDƏN məhdudlaşdırıla bilər
 

Bu ilin iyun ayının 1-dək istismarı ekoloji cəhətdən zərərli sayılan fiziki və mənəvi köhnəlmiş nəqliyyat vasitələrinin idxalının və istifadəsinin məhdudlaşdırılması, ekoloji təmiz və təhlükəsizlik xüsusiyyətləri yüksək olan nəqliyyat vasitələrinin idxalının, ölkə ərazisində alqı-satqısının, habelə sair formada dövriyyəsinin stimullaşdırılması məqsədilə aksiz dərəcələrinin mərhələli şəkildə adekvat olaraq dəyişdirilməsinə dair təkliflər hazırlanacaq.

Ardını oxu...

İşçilərin real maaşını gizlədən sahibkarlara XƏBƏRDARLIQ
 

Azərbaycanda minimum əməkhaqqının 300 manata çatdırılması ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti iş yerlərində minimum əməkhaqqının həmin məbləğdən az olmaması üçün ciddi nəzarət tədbirləri görür.

Ardını oxu...

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov