İrandan Ermənistana gələn turistlərin sayı kəskin şəkildə azalacaq.
Bizimaz.az xəbər verir ki, bu barədə məlumatı “İravunk” qəzeti yayıb.
“Hər il 15 martdan etibarən iranlı turistlər Ermənistanı ziyarət edirdilər. Bir həftə ərzində İranın mərkəzi və Ermənistanın görməli yerlərini iranlılar doldururdular. Bu il iranlıların axını kəskin şəkildə azalıb. Buna bir neçə səbəb var.
Əvvəla, İranda iqtisadi situasiya pisləşib. Digər problem Ermənistanla bağlıdır. İranda çoxları hesab edir ki, Ermənistanda çevrilişi onların bir nömrəli düşməni olan amerikalılar təşkil ediblər. İranda həmçinin Nikolun İranla sərhədlərin bağlanması imkanlarından danışması, eləcə də bir sıra erməni banklarının iranlılarla problemlərinin olması da unudulmayıb”, – deyə məqalədə bildirib.
Məqalədə həmçinin bu halların Ermənistana gələn iranlıların daha çox Azərbaycan və Gürcüstana getməsinə səbəb olduğu vurğulanıb.
Turist axınının azalmasının Ermənistan iqtisadiyyatına ağır zərbə olacağı da qeyd edilib.