Xəbər lenti

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 5-də ATƏT PA yanında İtaliya nümayəndə heyətinin sədri, İtaliya Deputatlar Palatasında Xarici Əlaqələr Komissiyasının sədr müavini Paolo Qrimoldini qəbul edib.

 

Bizimaz.az xəbər verir ki, dövlət başçısı Azərbaycan ilə İtaliya arasında siyasi, iqtisadi və digər sahələrdə çoxşaxəli əlaqələrin mövcud olduğunu qeyd edərək, yüksək səviyyədə həyata keçirilən səfərlərin önəmini vurğulayıb. İtaliya Prezidentinin keçən il Azərbaycana, özünün isə İtaliyaya bir neçə dəfə səfər etdiyini xatırladan dövlət başçısı İtaliya Prezidentinin Azərbaycana rəsmi səfəri zamanı Azərbaycan və İtaliya prezidentlərinin İtaliya şirkətləri tərəfindən inşa edilmiş böyük sənaye müəssisəsinin açılışının qeyd edildiyini bildirib və ölkələrimiz arasında sənaye, energetika, mədəniyyət və digər sahələrdə yaxşı əməkdaşlıq formatının olduğunu deyib.

Səfər zamanı Bakı haqqında təəssüratları barədə xoş sözlərini çatdıran Paolo Qrimoldi ölkələrimizi bir-birinə bağlayan sıx əlaqələrin mövcud olduğunu deyib. Enerji sahəsində Azərbaycan ilə İtaliya arasında bir sıra razılaşmaların olduğunu vurğulayan qonaq Azərbaycan qazını İtaliyaya çatdıracaq TAP boru kəməri üzrə işlərin uğurla davam etdirildiyini məmnunluqla vurğulayıb. Paolo Qrimoldi iqtisadi sahədə əməkdaşlığımızın inkişafı ilə yanaşı, ikitərəfli münasibətlərimizin siyasi əlaqələrlə də şərtləndiyini deyib və ATƏT Parlament Assambleyasında Azərbaycan nümayəndə heyəti ilə səmərəli əməkdaşlıq həyata keçirdiklərini qeyd edib.

Görüşdə, həmçinin ölkələrimiz arasında mədəniyyət, turizm, idman və digər sahələrdə ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsinə dair məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

22 Noyabr 2024 “Üzr istəməsini tələb edirik!” - Hikmət Hacıyev
15 Noyabr 2024 “Bunu etməklə COP prosesini pozmağa çalışırdınız”
14 Noyabr 2024 COP29 Azərbaycana nələr qazandıracaq? - AÇIQLAMA
19 Fevral 2024 Azərbaycan və Türkiyə prezidentləri görüşdülət
16 Fevral 2024 Yeni siyasi xətt elan edildi: Nə Rusiya, nə Qərb…
12 Noyabr 2023 Kamaləddin Qafarov: “Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatının aparıcı üzvüdür”
31 Oktyabr 2023 “Azəriqaz” şəhid anasının istəyini yerinə yetirdi - Video
28 Oktyabr 2023 Kamaləddin Qafarov: “Şərqi Zəngəzur cənnətə çevriləcək”
15 Oktyabr 2023 Kamaləddin Qafarov: “Prezidentimiz xalqın etimadını layiqincə doğruldur”
24 Sentyabr 2023 Kamaləddin Qafarov: “27 sentyabrla başlayan Qələbələrimiz davam edir”
23 Sentyabr 2023 120-dən artıq dövlət qurumu daxili informasiya təhlükəsizliyi təlimatını təsdiqləyib - RƏSMİ
23 Sentyabr 2023 Erməni əsilli vətəndaşlarımızın hüquq və azadlıqlarının müdafiəsinə təminat veririk - Ombudsman
23 Sentyabr 2023 Ceyhun Bayramov İƏT və ASEAN XİN başçılarının XV Birgə İclasına sədrlik etdi - Foto
29 Avqust 2023 Kamaləddin Qafarov: “Azərbaycan bu torpaqların əsl sahibinin kim olduğunu sübuta yetirdi”
06 Avqust 2023 Kamaləddin Qafarov: “Azərbaycan separatizmlə heç vaxt barışmayacaq”
29 İyul 2023 Kamaləddin Qafarov: “Azərbaycan-Çin münasibətləri möhkəm təməl üzərində qurulub”
31 May 2023 Kamaləddin Qafarov: “Prezident İlham Əliyev Paşinyanı yenidən susdurdu”
25 May 2023 İlham Əliyev Rusiyaya getdi
13 Aprel 2023 Kamaləddin Qafarov: “ Xalqlarımızı tarixi dostluq və qonşuluq münasibətləri birləşdirir”
02 Aprel 2023 Kamaləddin Qafarov: “Ulu Öndər ordumuzun formalaşmasına əvəzsiz töhfələr vermişdir”
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov