Pekin və Ankara münasibətlərindəki gərginlik fonunda Çin müvəqqəti olaraq İzmirdəki Baş Konsulluğunu bağlayıb.
Bizimaz.az xəbər verir ki, bu barədə Çinin Türkiyədəki Səfirliyi məlumat yayıb. Baş konsulluğun bağlanması haqqında qərar 28 fevralda qəbul edilib. Səfirlik Türkiyənin buna anlayışla yanaşdığını və Pekinin bundan sonra Türkiyədəki bütün diplomatik, konsulluq fəaliyyətinin Çinin Ankaradakı Səfirliyi vasitəsilə icra ediləcəyi vurğulayıb.
Qeyd edək ki, bundan öncə Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu Çin hökumətini uyğurların haqlarını pozduğuna görə tənqid edib.