Azərbaycanlı milli-mədəni fəal Əsgər Əkbərzadə ETTELAAT tərəfindən saxlanılıb.
Bizimaz.az Axar.az-a istinadən xəbər verir ki, hazırda hərbi xidmətdə olan fəalın təhlükəsizlik qüvvələri tərəfindən əl-ayaqları qandallı şəkildə Ərdəbilin ETTELAAT İdarəsinə aparıldığı bildirilir.
Fəalın hansı səbəbdən saxlanıldığı barədə məlumat yoxdur.
Qeyd edək ki, Əsgər Əkbərzadə Güney Azərbaycanın tanınmış fəallardan biridir, o dəfələrlə saxlanılıb, həbs edilib və müxtəlif təzyiqlərə məruz qalıb.