Rusiya Prezidenti Vladimir Putin Venesuela Prezidenti Nikolas Maduroya dəstək və həmrəy olduğunu bildirib.
Bizimaz.az xəbər verir ki, bu barədə Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov Venesuelanın vitse-prezidenti Delsi Rodriqeslə danışıqlar zamanı deyib.
“Hazırkı vəziyyətdə xüsusən vurğulamaq istəyirəm ki, Rusiya Prezidenti Vladimir Putin həmkarı və dostu Nikolas Maduroya dəstək və həmrəylik sözlərini çatdırıb”, - Lavrov bildirib.