Pakistan baş naziri İmran Xan Hindistanla ölkəsi arasında baş verən gərginliklə bağlı açıqlama verib.
Bununla bağlı "Reuters” məlumat yayıb.
Baş nazir bildirib ki, Pakistan Hindistanla əməkdaşlığa hazırdır:
"Dinc sakinlərə zərər vermək istəmirik. Bu risk hər iki tərəfə zərər verə bilər. Kəşmirdəki kamikadze hücumu ilə bağlı Hindistanla əməkdaşlığa hazırıq. Amma indi bu məsələni həll etmək üçün masa arxasına keçməliyik. Bu iş həm sizin, həm də bizim nəzarətimizdən çıxa bilər”.
Xatırladaq ki, bu gün səhər saatlarında Pakistanla Hindistan arasında gərginlik yaşanıb. Əvvəlcə Pakistan Hindistana məxsus hərbi təyyarəni, daha sonra isə Hindistan Pakistanın qırıcısını vurub.