İranla Ermənistan arasında iki memorandum imzalanıb.
Bizim.az xəbər verir ki, bu məlumat İran prezidentinin rəsmi saytında yerləşdirilib. İlk memorandum İranın Standartlar və Sənaye Tədqiqatı İnstitutu ilə Ermənistan İqtisadi İnkişaf Nazirliyi arasında, digəri isə İranın Xüsusi İqtisadi və Azad Sənaye Zonaları Ali Şurası ilə Ermənistan İqtisadi İnkişaf Nazirliyi arasında imzalanıb.
Qeyd edək ki, Paşinyan Tehranda səfərdədir.