Bakı şəhər İcra Hakimiyyəti Milli Şuranın martın 2-də keçmiş "Məhsul" stadionunda mitinq keçirmək müraciətinə cavab verib.
Bizimaz.az xəbər verir ki, Milli Şuranın nümayəndələri Vidadi Məhərrəmov və İlham Hüseyn BŞİH-ə dəvət edilib və onlara imtina məktubu təqdim edilib.
Mitinqə “yox” cavabı verilməsinin səbəbi yanvarın 19-da icazə verilmiş mitinqdən sonra baş verən asayiş pozuntuları, o cümlədən sözügedən mitinqdən sonra 200-dən artıq ayrı-ayrı təşkilat və vətəndaşların mitinqə icazə verilməməsi üçün etdiyi müraciətlər, habelə Bakı şəhər Baş Polis İdarəsinin eyni məzmunlu xahişi olub.