ABŞ prezidenti Donald Trampın kürəkəni və məsləhətçisi Cerard Kuşner bu gün Türkiyəyə səfər edəcək.
Bizimaz.az Publika.az-a istinadən xəbər verir ki, Kuşner paytaxt Ankarada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək.
Onun İsrail-Fələstin məsələsinə həll yolu tapmaq üçün Tramp hökuməti tərəfindən hazırlanan “Əsrin razılaşması” planına iqtisadi dəstək çərçivəsində Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Bəhreyn və Qətəri əhatə edən Körfəz turuna çıxacağı açıqlanmışdı. Lakin son dəqiqədə dəyişiklik edilərək Kuşnerə Ankara səfəri təşkil olunub. Ona Trampın Yaxın Şərq üzrə xüsusi təmsilçisi Stefan Qrinbaltın yoldaşlıq etməsi gözlənilir.