Türkiyə Parlamentinin yeni seçilmiş spikeri Mustafa Şəntop Azərbaycana səfər edəcək.
Bizimaz.az bildirir ki, Trend-in məlumatına görə, M.Şentop həmçinin Şimali Kiprə də səfər edəcək.
Səfərlərin dəqiq tarixi barədə məlumat verilmir.
Qeyd edək ki, fevralın 24-də keçirilmiş səsvermə nəticəsində hakim Ədalət və İnkişaf Partiyasının namizədi Mustafa Şəntop Türkiyə Böyük Millət Məclisinin sədri seçilib.