Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “Azərbaycan Respublikası hökuməti ilə Türkiyə Respublikası hökuməti arasında hərbi-tibb sahəsində təhsil və əməkdaşlıq haqqında” protokolu təsdiqləyib.
Bizimaz.az :Protokolun təsdiqlənməsi barədə qərar “Resmi Gazete”də yayımlanıb.
Sənəd Azərbaycanla Türkiyə arasında hərbi tibb, hərbi təhsil və digər sahələrdə əməkdaşlığı inkişaf etdirməyi nəzərdə tutur.
Xatırladaq ki, protokol 2018-ci dekabrın 20-də Ankarada keçirilən Azərbaycan-Türkiyə 11-ci Yüksək Səviyyəli Hərbi Dialoq İclasında imzalanıb.