Xəbər lenti

Elşad İsgəndərovun Türkiyəyə girişi dayandırılıb.

 

Bizimaz.az xəbər verir ki, bu məlumatı “Yeni Akit” qəzeti öz mənbələrinə istinadən yayıb. Məlumata görə, Türkiyə tərəfi onu Azərbaycanla Türkiyə münasibətlərinə kölgə salmaqda şübhəli bilib.

Qəzetin yazdığına görə, buna səbəb İslam Əməkdaşlıq Təşkilatının 15 yanvarda təşkil edilən iclasında yaşanan insident olub. Belə ki, iclas zamanı Fars körfəzi ölkələrindən birinin səfiri çıxış edərək deyib ki, Azərbaycan Xarici İşlər Nazirliyindən bir rəsmi şəxs Bakıdakı səfirliklərinə gəlib və Türkiyənin ona sui-qəsd hazırladığını deyib, ona görə də bununla bağlı Ankaranın izahat verməsini tələb edib. Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatındakı Daimi Nümayəndəliyinin rəhbəri Şahin Abdullayevin məsələ ilə bağlı izahat verməsindən sonra insidentin qarşısı alınıb.

İnsidentdən sonra Azərbaycan Xarici İşlər Nazirliyinin araşdırma apardığını və Azərbaycan adına səfirliyə yanlış məlumatı Elşad İsgəndərovun verdiyi ortaya çıxardığı bildirilib. Məhz bundan sonra İsgəndərovun Türkiyəyə girişi dayandırılıb.

Qeyd edək ki, Elşad İsgəndərov Dini Təşkilatlarla İş üzrə Dövlət Komitəsinin keçmiş sədridir. 2014-cü ildə o, İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumunun sədri olub və 2018-ci ilə qədər bu vəzifəni icra edib. Keçən il isə Elşad İsgəndərov Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin İƏT və İƏT qurumları ilə əməkdaşlığına məsul Xüsusi Tapşırıqlar üzrə səfiri vəzifəsinə təyin olunub. Eyni zamanda, E.İsgəndərov İƏT Baş Assambleyasının qərarına əsasən, qurumun İƏT üzv ölkələri hökumətləri ilə fəaliyyətlərini əlaqələndirəcək Məşvərət Şurasının sədri vəzifəsinə də təyin edilib

22 Noyabr 2024 “Üzr istəməsini tələb edirik!” - Hikmət Hacıyev
15 Noyabr 2024 “Bunu etməklə COP prosesini pozmağa çalışırdınız”
14 Noyabr 2024 COP29 Azərbaycana nələr qazandıracaq? - AÇIQLAMA
19 Fevral 2024 Azərbaycan və Türkiyə prezidentləri görüşdülət
16 Fevral 2024 Yeni siyasi xətt elan edildi: Nə Rusiya, nə Qərb…
12 Noyabr 2023 Kamaləddin Qafarov: “Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatının aparıcı üzvüdür”
31 Oktyabr 2023 “Azəriqaz” şəhid anasının istəyini yerinə yetirdi - Video
28 Oktyabr 2023 Kamaləddin Qafarov: “Şərqi Zəngəzur cənnətə çevriləcək”
15 Oktyabr 2023 Kamaləddin Qafarov: “Prezidentimiz xalqın etimadını layiqincə doğruldur”
24 Sentyabr 2023 Kamaləddin Qafarov: “27 sentyabrla başlayan Qələbələrimiz davam edir”
23 Sentyabr 2023 120-dən artıq dövlət qurumu daxili informasiya təhlükəsizliyi təlimatını təsdiqləyib - RƏSMİ
23 Sentyabr 2023 Erməni əsilli vətəndaşlarımızın hüquq və azadlıqlarının müdafiəsinə təminat veririk - Ombudsman
23 Sentyabr 2023 Ceyhun Bayramov İƏT və ASEAN XİN başçılarının XV Birgə İclasına sədrlik etdi - Foto
29 Avqust 2023 Kamaləddin Qafarov: “Azərbaycan bu torpaqların əsl sahibinin kim olduğunu sübuta yetirdi”
06 Avqust 2023 Kamaləddin Qafarov: “Azərbaycan separatizmlə heç vaxt barışmayacaq”
29 İyul 2023 Kamaləddin Qafarov: “Azərbaycan-Çin münasibətləri möhkəm təməl üzərində qurulub”
31 May 2023 Kamaləddin Qafarov: “Prezident İlham Əliyev Paşinyanı yenidən susdurdu”
25 May 2023 İlham Əliyev Rusiyaya getdi
13 Aprel 2023 Kamaləddin Qafarov: “ Xalqlarımızı tarixi dostluq və qonşuluq münasibətləri birləşdirir”
02 Aprel 2023 Kamaləddin Qafarov: “Ulu Öndər ordumuzun formalaşmasına əvəzsiz töhfələr vermişdir”
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov