ABŞ Prezidenti Donald Trampın Suriyadan orduları çıxartmaq qərarı doğru deyil.
Bizimaz.az xəbər verir ki, bunu ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri general Cozef Votel deyib.
“Əgər hərbi baxımdan tövsiyəm sorulmuş olsaydı, o zaman geri çəkilmək təklifini irəli sürməzdim. İŞİD-in hələ də liderləri, savaşçıları və qaynaqları var. Dolayısı yolla bu şəbəkənin ardınca getmək üçün hərbi basqımızı davam etdirməyimiz lazımdır.
İŞİD hazırda ABŞ və müttəfiqlərinə hücum edəcək səviyyəyə sahib deyil, lakin onların hələ də güclü ideologiyaları var. Bu ideologiya sayəsində başqalarını hücuma təşviq edə bilərlər”, - o bildirib.