Xəbər lenti

Azərbaycan və Ermənistan arasında Dağlıq Qarabağın taleyi haqqında gizli danışıqlar başlandı.

 

Bizimaz.az xəbər verir ki, bu barədə Rusiyanın “lenta.ru” saytı yazıb.

Məqalədə bildirilir ki, münaqişə ətrafında vəziyyət dəyişib, tərəflər hərbi bəyanatlardan nisbi sakitliyə keçiblər:

“Mümkündür ki, tərəflərdən birində inandırıcı arqumentlər var, yaxud kimsə güzəştə getməyə qərara gəlib. Bəlkə də bu münaqişənin müharibə olmadan həmişəlik həlli üçün tərəflər razılığa gəliblər. Erməni müşahidəçilərinin məlumatına görə, 2018-ci ilin son 130 günü ərzində Qarabağda, yaxud Ermənistan-Azərbaycan sərhədində heç bir erməni əsgəri rəqibin gülləsindən həlak olmayıb, sakitlik bu gün də davam edir. Bunun fonunda hər iki tərəfin ritorikası da yumşalıb. Nə vaxtda İrəvan və Bakının belə yumşalmasını xatırlamaq çətindir. Lakin Ermənistanda hakimiyyət dəyişəndən sonra erməni baş nazir Nikol Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevlə bir neçə qeyri-rəsmi görüş keçirdi və bundan sonra tərəflərin yumşaq tona keçdiyi müşahidə olunur. İki ölkənin xarici işlər nazirləri isə tam protokol formada görüşlər keçirirlər. Dekabrda Milanda keçirilən görüşdən sonra Elmar Məmmədyarov sensasiyalı bəyanatla çıxış etdi:

“Hesab edirəm ki, son görüşdə biz erməni həmkarımla uzun illər ərzində ilk dəfə qarşılıqlı anlaşmaya nail olduq”. Buna cavab olaraq, Zöhrab Mnatsakanyan Məmədyarovu təriflədi”.

Sayt qeyd edir ki, tərəflər bağlı qapılar arxasında münaqişənin həllini yaxınlaşdıra biləcək nəsə yeni məsələləri müzakirə edirlər.

“Belə təəssürat yaranır ki, ya “Madrid prinsipləri” gündəlikdən çıxarılıb, ya da bu sənəd üzərində ciddi şəkildə işlənilir. Görünür, yeni prinsipləri həmsədrlər yox, birbaşa münaqişə tərəfləri hazırlayıb. Mnatsakanyan azərbaycanlı həmkarı ilə görüşdən sonra “Parisdə və Davosda keçirilən görüşlərimiz olduqca əhəmiyyətlidir. Bu görüşlər əsasında biz vasitəçilərlə müzakirələrə başlayırıq”, - deyə bildirdi. Başqa sözlər, Bakı və İrəvan münaqişənin həllində təşəbbüsü öz əllərinə alıblar”, - deyə məqalədə qeyd olunur.

22 Noyabr 2024 “Üzr istəməsini tələb edirik!” - Hikmət Hacıyev
15 Noyabr 2024 “Bunu etməklə COP prosesini pozmağa çalışırdınız”
14 Noyabr 2024 COP29 Azərbaycana nələr qazandıracaq? - AÇIQLAMA
19 Fevral 2024 Azərbaycan və Türkiyə prezidentləri görüşdülət
16 Fevral 2024 Yeni siyasi xətt elan edildi: Nə Rusiya, nə Qərb…
12 Noyabr 2023 Kamaləddin Qafarov: “Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatının aparıcı üzvüdür”
31 Oktyabr 2023 “Azəriqaz” şəhid anasının istəyini yerinə yetirdi - Video
28 Oktyabr 2023 Kamaləddin Qafarov: “Şərqi Zəngəzur cənnətə çevriləcək”
15 Oktyabr 2023 Kamaləddin Qafarov: “Prezidentimiz xalqın etimadını layiqincə doğruldur”
24 Sentyabr 2023 Kamaləddin Qafarov: “27 sentyabrla başlayan Qələbələrimiz davam edir”
23 Sentyabr 2023 120-dən artıq dövlət qurumu daxili informasiya təhlükəsizliyi təlimatını təsdiqləyib - RƏSMİ
23 Sentyabr 2023 Erməni əsilli vətəndaşlarımızın hüquq və azadlıqlarının müdafiəsinə təminat veririk - Ombudsman
23 Sentyabr 2023 Ceyhun Bayramov İƏT və ASEAN XİN başçılarının XV Birgə İclasına sədrlik etdi - Foto
29 Avqust 2023 Kamaləddin Qafarov: “Azərbaycan bu torpaqların əsl sahibinin kim olduğunu sübuta yetirdi”
06 Avqust 2023 Kamaləddin Qafarov: “Azərbaycan separatizmlə heç vaxt barışmayacaq”
29 İyul 2023 Kamaləddin Qafarov: “Azərbaycan-Çin münasibətləri möhkəm təməl üzərində qurulub”
31 May 2023 Kamaləddin Qafarov: “Prezident İlham Əliyev Paşinyanı yenidən susdurdu”
25 May 2023 İlham Əliyev Rusiyaya getdi
13 Aprel 2023 Kamaləddin Qafarov: “ Xalqlarımızı tarixi dostluq və qonşuluq münasibətləri birləşdirir”
02 Aprel 2023 Kamaləddin Qafarov: “Ulu Öndər ordumuzun formalaşmasına əvəzsiz töhfələr vermişdir”
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov