Sabah Münhen Təhlükəsizlik Konfransında Ermənistan Xarici İşlər naziri Zöhrab Mnatsakanyanla Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarov arasında görüş baş tutacaq.
Bizimaz.az xəbər verir ki, bu məlumatı “Qraparak” qəzeti yayıb. Məlumata görə, məhz bu danışıqlardan sonra Paşinyanla Əliyev arasında ABŞ-da rəsmi danışıqlar baş tuta bilər.
Qəzetin mənbəsi Rusiya və ABŞ-ın Qarabağın həllinə dair mövqelərinin zidd olmasının reallığı əks etdirmədiyini bildirib.
Məmmədyarovla Mnatsakanyan arasında danışıqların bir neçə saat davam etməsi məsələsinə gəlincə isə mənbə bunun sadəcə Mnatsakanyanın xüsusilə ingiliscə uzun danışmağı sevməsi ilə əlaqələndirib.