Rusiya və Belarus prezidentləri arasında görüş bütün gün ərzində davam edəcək.
Bizimaz.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
O, prezidentlərin görüşünün böyük hissəsinin təkbətək baş tutacağını bildirib.
Prezidentlərin təkbətək görüşündən sonra Belarus və Rusiya nümayəndə heyətlərinin də görüşə qatılacağını söyləyib. Mətbuat katibi Rusiya nümayəndə heyətinin tərkibinə maliyyə, iqtisadi inkişaf nazirlərinin, baş nazirin müavini və prezident köməkçisinin də daxil olacağını qeyd edib. Peskov Putinlə Lukaşenko arasında sabah və birisi gün də görüşlərin olacağını deyib.