Qazaxıstan prezidenti Nursultan Nazarbayev Xəzərin hüquqi statusu haqqında Konvensiyanı ratifikasiya edib.
Bizimaz.az “Tengrinews.kz” xəbər verir ki, bu barədə Qazaxıstan dövlət başçısının rəsmi saytında məlumat dərc olunub.
Nazarbayev MDB-yə üzv dövlətlərini terrorizmə və ektrimizmin digər zorakı təzahürlərinə qarşı mübarizə aparan orqanların maddi-texniki təchizatı üzrə əməkdaşlıq haqqında sazişini və Avrasiya İqtisadi İttifaqı haqqında müqaviləyə düzəlişin edilməsi haqqında protokolu təsdiq edib.
Xatırladaq ki, avqustun 12-də (2018) Aktau şəhərində Beşinci Xəzər Sammiti keçirilib. Azərbaycan, İran, Türkmənistan, Rusiya və Qazaxıstan liderlərinin qatıldığı zirvə toplantısında Xəzərin statusu haqqında Konvensiya bağlanıb.