Bizimaz.az xəbər verir ki, İran prezidenti Həsən Ruhani rəsmi Tehranın Vaşinqton ilə münasibətləri yoluna qoymağa hazır olduğunu bildirib.
İslam İnqilabının 40 illiyinə həsr olunan görüşdə xarici ölkələrin səfirləri ilə bir araya gələn prezident qeyd edib ki, ABŞ xarici siyasətindəki meyarlarını dəyişdirib İranın daxili işlərinə müdaxilələrinə görə üzr istəsə, İran üzrxahlıqları qəbul etməyə hazırdır: “Məqsədimiz Orta Şərqi hər cür kütləvi qırğın silahlarından təmizləməkdir. Bu mövqeyimiz 40 il ərzində dəyişməzdir. Məqsədimiz xarici qoşunların çıxarılmasıdır. Zorakılıq və ekstremizmdən azad dünya istəyirik”.
Qeyd edək ki, iki ölkə arasında münasibətlər xeyli müddətdir ki, gərginləşib. ABŞ İrana ara vermədən maliyyə və iqtisadi sanksiyalar tətbiq edir. Bu, İranda sosial vəziyyətin kəskin pisləşməsinə və dəfələrlə etiraz nümayişlərinə səbəb olub.